30 Sentyabr, 2014
"Qarabağ" Milanda ilk məşqinə çıxdı

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda səfərdə "İnter"lə qarşılaşacaq "Qarabağ" bu gün İtaliyada ilk məşqinə çıxıb.

Simsar.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, dünən çarter reysi ilə birbaşa Milana gedən Ağdam təmsilçisi həmin gün istirahət edib. "Qarabağ" bu gün  yeganə məşqlə kifayətlənib.

Komandanın heyətində zədəli olan Danilo Dias və Çumbinyo İtaliyaya aparılmayıb,digər futbolçular isə komanda ilə birlikdədir. "Qarabağ" yerli vaxtla saat 12:00-da məşqə çıxıb və məşq 90 dəqiqə davam edib.

"Qarabağ" sabah oyun öncəsi son məşqinə çıxacaq. Məşq yerli vaxtla 19:30-da, Bakı vaxtı ilə isə 22:30-da başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!