30 Sentyabr, 2014
Məşhur rejissor serial çəkəcək

Filmləri ilə daima qalmaqal yaradan dünya şöhrətli rejissor Lars von Trier növbəti layihəsini açıqlayıb.

Simsar.az xəbər verir ki, kino dünyasının sözləri və filmləri ilə ən çox müzakirə yaradan rejissorlarından biri olan Trier mətbuata danışmama andını pozub.

Hitler və Nasistlər barədə etdiyi zarafatların yanlış anlaşılması üzündən mətbuatdan küsən rejissor uzun müddətdən sonra ilk dəfə Venesiya Film Festivalının mətbuat konfransında çıxış edib.

Konfransa onlayn qoşulan Trier növbəti layihəsinin “Cekin tikdiyi ev” (The house that Jack built) adlı serial olduğunu söyləyib. Serial haqqında geniş danışmayan rejissor “nəhəng komanda” ilə işləmək istədiyini dilə gətirib. Trierin 1990-cı illərdə çəkdiyi “Krallıq” serialı kult kimi qiymətləndirilir.

Rejissorun Venesiya Film Festivalında olan prodüseri Luis Vesz isə layihə haqqında bu sözləri deyib: “Sadəcə, bundan əvvəl belə bir şey görmədiyinizi deyə bilərəm”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!