30 Sentyabr, 2014
Bakıda bal yarmarkası olacaq

“Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 1-dən 30-dək Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanda (metronun “28 May” stansiyasının yaxınlığında, keçmiş “Ayaqqabı fabriki”nin binası) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək.

Simsar.az-ın məlumatına görə, sərgi-satış yarmarkasının açılışı oktyabrın 1-də saat 12.00-da olacaq.

Yarmarkada 400 nəfərdən çox arıçı iştirak edəcək, satışa 200 tondan çox arıçılıq məhsulları çıxarılacaqdır. Satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!