30 Sentyabr, 2014
Azərbaycan Çempionlar Liqasında 2 klubla təmsil olunacaq

Avropa Voleybol Konfeederasiyası (CEV) qadın voleybolçulardan ibarət klubların yeni reytinq cədvəlini açıqlayıb. Simsar.az xəbər verir ki, Azərbaycan yeni siyahıda mövqeyini qoruyub. Belə ki, 310,33 xal olan ölkəmiz 4-cü pillədə qərarlaşıb.

Bu reytinqə əsasən qadın komandalarımız 2015/2016-cı illər mövsümündə də Çempionlar Liqasında və CEV kubokunda 2 klubla təmsil olunmaq hüququnu saxlayıb. “Çelenc cup”da isə 1 təmsilçimiz iştirak edə bilər.

Lakin Azərbaycan və Fransa da Çempionlar Liqasına 3-cü komandası yollana bilər. Belə ki, qitənin ən nüfuzlu klub turnirinə 22 vəsiqəni 13 ölkə arasında bölən CEV daha 2 yeri “wild card”la verəcək. Bu isə yarış ərəfəsində dəqiqləşir.

Qeyd edək ki, ötən il Çempionlar Liqasına 3 klubla qatılan Azərbaycan 2014/2015 mövsümündə yeni 2 komanda ilə oynayacaq.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!