30 Sentyabr, 2014
Xumar Qədimova: "Bir də gəlməyəcək mənim tək qadın" - FOTO

Simsar.az xəbər verir ki, tanınmış bəstəkar və müğənni Xumar Qədimova Beynəlxalq Mətbuat Mərkəzində yeni layihəsinə tanıtım edib.

Yazıçı-publisist Rəşad Məcidin "Bir də gəlməyəcək mənim tək qadın" şeirinə mahnı bəstələyən Xumarın bu uğurunu dinləməyə millət vəkilləri, say-seçmə ziyalılar və  jurnalistlər təşrif buyurmuşdular.

Qeyd edək ki, sözügedən əsərdə İrəvan Dövlət Dram Teatrının aktyoru Əjdər Zeynalov mahnıda olan sözlərin bir bəndini səsləndirib.

Ssenari üzərində qurulmuş mətbuat konfransında çıxış edənlər Qədimovaya olan sevgilərindən danışıb,  sənətçiyə uğurlar arzuladılar.

Mahnı çox yaxın saatlarda internet istifadəçilərinə təqdim olunacaq.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!