30 Sentyabr, 2014
“Neftçi”, “İnter” və “Qəbələ” cəzalandırıldı

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. Simsar.az xəbər verir ki, Topaz Premyer Liqasının VII turunun “Bakı” – “Araz Naxçıvan” matçının 78-ci dəqiqəsində “Bakı” klubunun məşqçisi Rafael Əmirbəyov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur.

“Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur .

AZAL – “İnter” matçında AZAL və “İnter” klubunun 4 futbolçusu  sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur.

“Qəbələ” – “Xəzər Lənkəran” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!