30 Sentyabr, 2014
AXCP bu məsələyə yenidən baxacaq – AÇIQLAMA

“Demokratik Qüvvələrin Milli Şurası mitinq keçirmək üçün qərar verib. Bu gün məsələyə yenidən baxacağıq”.

Bunu Simsar.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Həsən Kərimov deyib.

Yaxın günlərdə mitinq keçirilməsi planlaşdırıldığını deyən H. Kərimov bildirib ki, AXCP rayon şöbələrində mitinqlə bağlı müzakirələr aparılıb: “İctimayyət arasında təbliğat aparılır. AXCP Milli Şuranın mitinqinə tam dəstək verəcək”.

H. Kərimov qeyd edib ki, mitinqin keçirilməsinin əsas məqsədi son günlərdəki həbslər və müxalifətə edilən basqılarla bağlıdır.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!