30 Sentyabr, 2014
QHT-lər və qrantlarla bağlı qanunlar sərtləşdirilir

Qeyri-hökumət təşkilatları (QHT) və qrantlarla bağlı qanunlara ciddi və sərtləşdirci dəyişikliklər nəzərdə tutulur.

Simsar.az xəbər verir ki, qanunlara edilən dəyişiklik Milli Məclisin İqtisadi-siyasət, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasının müzakirəsinə çıxarılıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsin sədri Əli Hüseynli hər iki sənəddə dəyişikliyin onun təşəbbüsu ilə meydana gəldiyini deyib: “Bir çox məsələrdə olduğu kimi, bu məsələlərdə də şəffaflığa ehtiyac var. Onu da qeyd edim ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra ciddi təbirlər görülür və uğurlu nəticələr də əldə edilməkdədir. Bu baxımdan bir daha hesab edirəm ki, QHT-lərlə bağlı məsələlərdə, xüsusilə, xarici donorlar tərəfindən maliyyələşdirilən QHT-lərlə bağlı məsələlərdə də şəffaflığa ehtiyac var. Müzakirəyə çıxarılan dəyişikliklər də məhz bunları nəzərdə tutur”.

Komitə sədri “QHT-lər haqqında” qanunun 24-1.5-ci maddəsinin yeni redaksiyada verilməsi təklif olunduğunu bildirib: “Yəni, bundan sonra qeyri-hökumət təşkilatı, habelə, xarici dövlətlətin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Barəsində məlumat təqdim edlməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliiyatlar isə aparıla bilməz. Həmçinin, sözügedən qanunun 24-2.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən müqavilə olmadan və ya qeydiyyata alınmamış müqailə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökuməti təşkilatı İnzibati Xətalar Məcəlləsinı əsasən məsuliyyət daşımalı olacaq. “Qrantlar haqqında” qanuna gəlincə, həmin sənədə 5-1-ci hissənin əlavə olunması təklif edilir ki, burada da donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirimləsi nəzərdə tutulur.

Müzakirələr zamanı deputat Vahid Əhmədov təklif olunan dəyişikliklərin cəmiyyətdə birmənalı qarşılanmayacağını qeyd edib və dəyişikliklərə etirazını bildirib. Müzakirələrdən sonra hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Elmar Hüseynov


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!