30 Sentyabr, 2014
Müsavatın yeni başqanı müavinlərini təyin etdi

Müsavat Partiyasının yeni başqanı Arif Hacılı müavinlərinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Partiyadan Simsar.az-a verilən məlumata görə, Müsavat Partiyası Məclisinin üzvləri Tofiq Rəşid oğlu Yaqublu, Yadigar Sadıq oğlu Sadıqov və Fərəc Raqif oğlu Kərimov Müsavat başqanının müavinləri təyin olunublar.

Bildirək ki, təyin olunan hər 3 müavin hal-hazırda həbsdədir.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!