30 Sentyabr, 2014
“Müslüm Maqomayev haqqında xatirələr” - TƏQDİMAT

İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində “Müslüm Maqomayev haqqında xatirələr” filminin jurnalistlər üçün təqdimatı olub.

Simsar.az xəbər verir ki, mərasimdə çıxış edən filmin rejissoru və ssenari müəllifi, Xalq Artisti Tofiq İsmayılov hələ 1971-ci ildə “Oxuyur Müslüm Maqomayev” filmindən sonra görkəmli sənətkarın haqqında daha iki film çəkmək arzusunda olduğunu deyib. Lakin təəssüf ki, Müslüm Maqomayevin qastrol səfərləri, konsertlər buna imkan verməyib.

Rejissor filmin tamaşaçılar tərəfindən maraqla qarşılanacağına ümidvar olduğunu bildirib. Sonra film nümayiş olunub.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında istehsal olunmuş bu ekran əsəri Müslüm Maqomayevin anadan olmasının 70 illiyinə həsr edilib.

Çəkilişləri Moskvada və Bakıda aparılan filmdə Müslüm Maqomayevin ömür gün yoldaşı, SSRİ Xalq Artisti Tamara Sinyavskayanın, Rusiyanın görkəmli şairi Nikolay Dobronravovun, bəstəkar Aleksandra Paxmutovanın, Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun və başqalarının xatirələri yer alıb.

Filmin xüsusilə maraqlı məqamlarında biri isə ümummilli lider Heydər Əliyev tərəfindən Müslüm Maqomayev yaradıcılığının yüksək qiymətləndirilməsini əks etdirən kadrlardır.

Müslüm Maqomayevin vəfatından sonra ekranlaşdırılan bu filmin ssenari müəllifi və rejissoru Tofiq İsmayılov, musiqi məsləhətçisi SSRİ Xalq Artisti Tamara Sinyavskayadır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!