30 Sentyabr, 2014
“Dostumu öldürüb yedim” – Dəhşətli ETİRAF - FOTO + VİDEO

Hanniballıqda ittiham edilən 32 yaşlı Kanadalı Luka Maqnotta, törətdiyi cinayəti etiraf edib.

Luka, Kanadanın Monreal şəhərində 33 yaşlı çinli Jun Lini öldürüb və sonra da yeməkdə, eləcə də 5 fərqli cinayətdə ittiham edilirdi. Kanadalı cinayətkar, adam yemək də daxil olmaqla ittihamların bəzilərini qəbul edib.

Qurbanının başına gətirdiyi vəhşiliyin videosunu internetdə yayımlayan hannibalın vəkili, Lukanın şizofren olduğunu və cinayət məsuliyyəti daşımadığını bildirib. Məhkəmə isə hələlik son qərarını verməyib.

Qeyd edək ki, 33 yaşlı Jun Linin cəsədi, cinayətdən 1 həftə sonra Luka Maqnottanın evinin önündəki zibil qutusundan tapılmışdı.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!