30 Sentyabr, 2014
Məhərrəm Səfərli: “Naxçıvana uçuşların sayı artırıla bilər”

“Azərbaycan Hava Yolları” QSC-nin xidmət rəisi Məhərrəm Səfərli Simsar.az-a açıqlamasında bayram günlərində “Azərbaycan Hava Yolları” QSC və Heydər Əliyev Beynəlxalq Hava Limanının gücləndirilmiş iş rejimində çalışacağını deyib. Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında bütün uçuşlar qrafik üzrə həyata keçirilir. Ancaq, tələbat yaranarsa, Naxçıvana uçuşların sayı artırılacaq. Biletlərin qiymətində dəyişiklik yoxdur.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!