30 Sentyabr, 2014
Elçin Hüseynbəyli: “Öz istəyimlə getmişəm” - AÇIQLAMA

“Ədəbiyyat qəzeti”nin yeni təyin olunmuş baş redaktoru yazıçı Elçin Hüseynbəyli istefa verib.

Simsar.az-a açıqlamasında yazıçı bildirib ki, onun istefa verməsi hərhansı bir şəxsi narazılıqdan qaynaqlanmır: “Mən əvvəl gündən də bildirmişdim ki, “Ədəbiyyat qəzeti”ni müəyyən səviyyəyə çatdırandan sonra istefa verəcəm. Tamamilə öz istəyimlə getmişəm. Bu məsələni Anar müəllimlə də müzakirə etmişik. İstefa verməyimin əsas səbəbi sırf yaradıcılıqla bağlıdır. Mən 6 ay ərzində cəmi iki hekayə yazmışam.  Eyni zamanda informasiya sahəsində müəyyən layihələr üzərində  işləyirəm. Bir neçə yerə parçalanmaq mümkün olmadı və bu qərarı verdim”

Qeyd edək ki, onun istefasından sonra uzun illər qəzetdə baş redaktor müavini vəzifəsində çalışmış Azər Turan “Ədəbiyyat qəzeti”nə baş redaktor əvəzi təyin edilib. O, oktyabr ayının 1-dən etibarən bu vəzifəni icra edəcək.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!