30 Sentyabr, 2014
AXCP – Müsavat əməkdaşlığına baxıla bilər – Həsən Kərimov

“Müsavat Partiyası yürütdüyü siyasətdə hər hansı bir dəyişiklik edərsə, o zaman iki əməkdaşlıq məsələsinə baxa bilərik”.

Bunu Simsar.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Həsən Kərimov Müsavat Partiyası ilə ikili əməkdaşlıq məsələsindən danışarkən deyib.

O bildirib ki, indiki vəziyyətdə AXCP və Müsavat arasında hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz.

Məclis sədri Müsavata yeni başqan seçilmiş Arif Hacılının siyasi fəaliyyətinə gəlincə belə deyib: “Arif Hacılını Müsavat Partiyasının qurultay nümayəndələri seçib. Necə siyasətçi olmağıyla bağlı qiyməti də, onlar verib. Mənə gəlincə, hər hansı bir siyasətçi haqqında fikir söyləməyi normal hal hesab etmirəm”.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!