30 Sentyabr, 2014
“Öz evində Rusiyadan gələn qazı kəssin…” - Merkelə unikal TƏKLİF

“Almaniyanın Federal kansleri Anqela Merkel öz evində Rusiyadan gələn qazı kəssin, ona soyuq olsun, biz də bilək ki, o, həqiqətən Ukraynaya görə özünü fəda edir”.

Simsar.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, Azərbaycan Rusiya ilə əlaqələrə üstünlük verməlidir: “Bunun Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinin həllinə də xeyri var. Hazırda bəziləri Rusiyaya populist şəkildə yanaşaraq bu ölkə ilə əlaqələrin qurulmasına qarşı çıxır. Bu düzgün deyil”.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!