30 Sentyabr, 2014
“Azərbaycan Dəmir Yolları”ından xəbərdarlıq: “Haqqınızı tələb edin”

“Qurban bayramı günləri “Azərbaycan Dəmir Yolları” QSC növbəli iş rejimində çalışacaq”.

Bunu Simsar.az-a açıqlmasında “Azərbaycan Dəmir Yollar” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, bayram günlərində sərnişin qatarlarına 20 əlavə vaqonlar qoşulacaq: "Ən çox sıxlıq qərb istiqamətindədir. Artıq ehtiyatda olan əlavə vaqonlar texniki baxışdan keçirilib. Ehtiyatda olan vaqonlar qismən də olsa yaranacaq sıxlığı aradan qaldıracaq."

N. Əzməmmədovsuni qiymət artımına da toxunub: “Biletlərin  satışına 10 gün əvvəldən başlanılıb. Bizdə bilet satışı “online” sistemdə də, poçt terminallar tərəfindən aparıldığından biletlərin qiymətinin suni şəkildə qaldırılması mümkün deyil. Ödənişlər Respublika Tarif Şurasının təyin etdiyi qaydalara uyğun həyata keçirilir. Növbəli iş rejimi süni qiymət artımının qarşısını almaq məqsədilə təşkil edilib. Sərnişinlər bu cür problemlə rastlaşsalar növbəli iş rejimində çalışan əməkdaşlarımıza müraciət etsinlər”.

 

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!