30 Sentyabr, 2014
Milli Məclisin iclasında Jirinovski təhqir edildi

“Vladimir Jirinovskini ağıllı adam hesab etmirəm”.

Simsar.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin iclasında deputatı İqbal Ağazadə deyib.

İ. Ağazadə bildirib ki, onun Azərbaycana qarşı fikrini dəyişdirməyə nail olmuşuqsa bu özü yaxşı məqamdır: “Bəzən məndən soruşurlar ki, Rusiya Liberal Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycana gəlişini necə qiymətləndirirsən? Mən isə cavabımda, bunun normal hal olduğunu deyirəm. Dövlət Jirinovski kimi digər şəxslərin və təşkilatların da Azərbaycana qarşı qərəzli fikrinin dəyişməsinə çalışmalıdır”.

Elmar Hüseynov


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!