30 Sentyabr, 2014
Şvartsneqqer yenidən “Barbar Konan” filmində

Dünya şöhrətli aktyor Arnold Şvartsneqqer İspaniyanın Almeria şəhərinə 33 ildən sonra ilk dəfə  “Barbar Konan” filminin çəkilişləri üçün getdi. Simsar.az xəbər verir ki, Almeria Şərəf  Mükafatına layiq görülən aktyor “Barbar Konan” rolu ilə ölkə turizminə qatqısı olduğu üçün Madridin ilk fəxri turizm elçisi seçilib. Keçmiş Kaliforniya qubernatoru olan 67 yaşlı Şvartsneqqer  ölkədəki turizmin inkişafı istiqamətində başladılan kampaniyaya da dəstək olub. Madrid Bələdiyyəsində şərəfinə verilən mərasimə qatılan aktyora həmçinin şəhər mükfatı da təqdim edilib. Şvartsneqqer: “Film üçün 5 ayımı orada keçirtdim. Həyatımın ən gözəl dövrlərindən biri idi və film kariyeram üçün çox əhəmiyyətli bir uğur oldu” deyib.

Günel

 

 

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!