30 Sentyabr, 2014
Deputatdan həbsdəki jurnalistlə bağlı AÇIQLAMA

“Pərviz Həşimli də başqaları kimi cəzaçəkmə müəssisələrindən birinə göndərilərsə biz həmin cəzaçəkmə müəssisəsində monitorinq keçirəcəyik. Onun haqqında isə məhkəmə hələlik son sözünü deməyib”.

Bunu Simsar.az-a açıqlmasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə jurnalist Pərviz Həşimlinin hazırki durumu barədə məlumat verərkən deyib.

O bildirib ki, P. Həşimli məhkəmənin qərarına əsasən, 8 il azadlıqdan məhrum edilsə də hələlik istintaq təcridxanasında saxlanılır.

Deputat bunu P. Həşimlinin işinə Apellyasiya Məhkəmisində baxılmaması ilə izah edib:

“Bakı Ağır Cinayətlər Məhkəməsi Pərviz Həşimlinin barəsində 8 il azadlıqdan məhrum etmə qərarı çıxarıb. İttiham əsasında istintaq təcridxanasında saxlanılır. Apellyasiya Məhkəməsinin qərarı olmasa bu hökm qanuni qüvvəyə minmiş hesab edilmir və vətəndaş istintaq təcridxanasında saxlanılmağa davam edir”.

Ç. Qənizadə vurğulayıb ki, İctimai Komitənin nizamnaməsində istintaq təcridxanalarında monitorinq keçirmək barədə xüsusi bənd yoxdur: “Həmin yerlər qapalı müəssisələrdir. Cəzaçəkmə müəssisələrində isə ictimai komitənin iki üzvü istənilən cəzaçəkmə müəssisəsinə xəbərdarlıq etmədən gedə bilər. Ümumi olaraq bu cür monitorinqlər ildə 30-35 dəfə keçirilir”.

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!