30 Sentyabr, 2014
Pantomima teatrı bu ay maraqlı olacaq

Pantomima teatrı həvəskarları oktyabr ayında maraqlı tamaşalara baxacaqlar. Simsar.az  xəbər verir ki, Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində oktyabrın 4-də Ceyhun Dadaşovun “Mən və mən”, 5-də Nargilə Qəribovanın və Ceyhun Dadaşovun “Katarsis”, oktyabrın 11-də isə Səbinə Hacıyevanın “Dejavü” tamaşaları göstəriləcək.

Teatrın kollektivi oktyabrın 12-də Semyuel Bekketin “Qaranlıq”, 18-də Bəxtiyar Xanızadənin “Pantomima buketi”, 19-da “Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanmış “Dəli Domrul” tamaşalarını nümayiş etdirəcək.

Bəhruz Əhmədlinin “Ora-bura” tamaşası oktyabrın 25-də, Çingiz Aytmatovun “Gün var, əsrə bərabər” romanının motivləri əsasında hazırlanmış “Manqurt” tamaşası isə oktyabrın 26-da göstəriləcək.

Teatr həmişə olduğu kimi, oktyabr ayında da balaca tamaşaçılarını unutmayıb. Uşaqlar oktyabrın 12-də A.Şaiqin “Tıq-tıq”, 26-da Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” tamaşalarına baxa bilərlər.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!