30 Sentyabr, 2014
İsveçdə müsəlmanlara aid məscid yandırıldı

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçin paytaxtı Stokholmun şimalındakı Avesta şəhərində, ərəblərə aid olduğu bildirilən bir məsciddə yanğın baş verib. Səhər namazı qılmaq istəyən müəzzin Nasir Hüseyn başlayan yanğını hiss edərək hadisə barədə polis və yanğınsöndürənlərə məlumat verib. Yanğın yanğınsöndürənlərin müdaxiləsi nəticəsində söndürülüb.İnsan tələfatı olmasa da ,məscidin girişinə salınan xalçalar zərər görüb. Mədəniyyət dərnəyi tərəfindən idarə edilən məscidə sonradan gələn molla Həsən Sədəqə, belə hadisələrə artıq alışdıqlarını dilə gətirib: “Bizlər fərqli ölkələrdən köçmüş insanlarıq. Buranı etibarlı bir yer hesab edirdik. Belə vəziyyətlər üzvlərimiz arasında  narahatlıq və əsəb yaradıb”.

 

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!