30 Sentyabr, 2014
“Roskosmos”un əməkdaşları Kanadaya buraxılmadı – SANKSİYA

Kanadada keçirilən 65-ci Beynəlxalq Astronavtika Konqresinə rusiyalı iştirakçılar buraxılmayıb.

Simsar.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Kanada “Roskosmos”un əməkdaşlarına viza verməyib.

Bütün cəhdlərə baxmayaraq, rusiyalı mütəxəssislər Torontoda keçirilən konfransda iştirak edə bilməyəcəklər.

Məlumatda o da qeyd olunub ki, Kanada səfirliyi vizanın verilməməsinə dair açıqlama verməsə də, bunun Rusiya ilə qərbin arasında yaranmış gərginliklə əlaqəli olduğu qaçılmazdır.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!