30 Sentyabr, 2014
Qaz məhdudiyyətlə veriləcək

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 14:00-dan 16:00-dək Quba rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Xəzər rayonunu bir hissəsinə, saat 18:00-dək Sabunçu, Ağstafa və Tovuz rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Oğuz rayonuna və Qobustan rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!