29 Sentyabr, 2014
Transfer xəbəri yayıldı, "Neftçi" təkzib etdi

İranın "Persepolis" klubunun sabiq azərbaycanlı baş məşqçisi, tanınmış futbolçu Əli Daei "Neftçi"dən dəvət alıb.

Simsar.az-ın məlumatına görə, bu haqda İranın "Afkarnews" saytı yazıb.

Məlumatda bildirilir ki, "Neftçi"nin rəhbərliyi hazırkı baş məşqçi Arif Əsədovun işindən razı qalmadığı üçün Əli Daeiyə baş məşqçi olmağı təklif edib.

"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə xəbəri təkzib edib: "Bu, kökündən yanlış məlumatdı. Biz də bu barədə mətbuatda oxuduq. Nəinki onunla maraqlanmamışıq, heç bu barədə söhbət belə olmayıb. Yeni təyin etdiyimiz baş məşqçimiz var - Arif Əsədov. Ona güvənirik, inanırıq".

Qeyd edək ki, İran yığmasının sabiq üzvü Əli Daei "Persepolis"dən uzaqlaşdırılandan sonra İran futbol liqasında baş məşqçi kimi çalışmaq istəmədiyini bildirib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!