29 Sentyabr, 2014
Azərbaycanda yenə zəlzələ oldu

Sentyabrın 29-da Azərbaycanda daha bir zəlzələ baş verib.

Simsar.az-ın AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 20:35-də Qəbələdən 19 kilometr şimal-şərqdə qeydə alınıb.

Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 baldan artıq gücdə hiss olunub.

Tikililərdə dağıntının olmadığı bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!