29 Sentyabr, 2014
Bunu demək artıq azad oldu - FOTO

Ankara Cümhuriyyət Məhkəməsi 8 il əvvəl liseyin divarına yazılan bir şüara dair prosesi yekunlaşdırıb.

Simsar.az-ın məlumatına görə, etirazçıların “qatil dövlət hesab verəcək” və “oliqarxiyanı yıxana qədər savaşacağıq” şüarları məhkəmə tərəfindən ifadə azadlığı kimi qiymətləndirilib.

Məhkəmə qanunvericiliyə görə, bir söz və ya hərəkətin bunu edənlərin terror təşkilatı olduğunu deməyə əsas vermədiyini açıqlayıb. 2006-cı ildə Ankarada Batıkənd liseyinin divarlarına “qatil dövlət”, “tək yol inqilab” şüarları yazılıb. O zaman terror təşkilatının əks-təbliğatı ittiham ilə məhkəmə başlayıb. Artıq 8 ildir davam edən proses başa çatıb və ifadə azadlığı kimi dəyərləndirilib.

Belə ki, bundan sonra türkiyəli gənclik etiraz aksiyalarında rahatlıqla “qatil dövlət” şüari qaldıra biləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!