29 Sentyabr, 2014
“Dostluq” parkındakı ağaclar məhv edilir – FOTOLAR

Ölkə prezidentinin göstərişinə əməl olunmur

Səbail rayonundakı Şıxov çimərliyi ilə üzbəüz ərazidə yerləşən “Dostluq” parkındakı yaşıllıq məhv edilir, ağaclar kəsilir. Səbəb isə, bu ərazidə evlər və villaların inşa edilməsidir.

Simsar.az-ın əldə etdiyi məlumata görə, ərazidə tikinti işləri bir müddət öncə dayandırılsa da, burda ağacların kəsilməsinə, torpaqların satışına rəvac verilib.

Qeyd edək ki, İlham Əliyevin xüsusi tapşırığıyla parkın ərazisində tikintinin aparılması qəti qadağan edilsə də, hazırda parkın ərazisi satışa çıxarılıb. Belə ki, hasarların üzərinə “SATILIR” yazılaraq, maraqlananlar üçün əlaqə telefon nömrələri də qeyd edilib.

Xatırladaq ki, sözügedən park Səbail rayonun inzibati ərazisinə aiddir.

Vüsal Qarayev

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!