29 Sentyabr, 2014
Avtoqəzada ölənlərin adları bilindi - SİYAHI

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən yol qəzasında ölənlərdən bəzilərinin adları bəlli olub. Bu barədə Simsar.az-a Ağsu rayon xəstəxanasından məlumat verilib.

Adıçəkilən rayona 6 nəfərin cəsədi gətirilib. Bunlar aşağıdakılardır:

Bədəlova Gülay Bəhruz qızı - 1985

Məhərrəmov Ramiz Rüstəm oğlu - 2008

Məhərrəmli Günel Veys qızı - 1985

Bədəlova Mələk Rauf qızı - 2014 (6 aylıq)

Məmmədova Davud Məmməd oğlu -1967 (sürücü)

Məmmədova Jalə -1963

Adıçəkilən şəxslər Ağsu rayon sakinləri olublar.

Digər vəfat edənlər - 1936-cı il təvəllüdlü Firuddin Əsgərov, həyat yoldaşı 1938-ci il təvəllüdlü Lumu Əsgərova və gəlini, 1965-ci il təvəllüdlü Əsgərova Nahidə Seyfəddin qızı isə Göyçay rayon xəstəxanasına aparılıblar.

Ailənin oğlu 1960-cı ildə anadan olan Bəxtiyar Əsgərovun vəziyyəti isə ağırdır.

Qeyd edək ki, qəza toy karvanında baş verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!