29 Sentyabr, 2014
Hacı Şahin: “İki gün sonra Həcc başlayır” – Məkkədən bağlantı - ÖZƏL

"Ebolanı çox şişirdirlər"

Hazırda Məkkə şəhərində olan Azərbaycan zəvvarlarının əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bu barədə Simsar.az-a Məkkə şəhərindən, Azərbaycanlı zəvvarların rəhbəri Hacı Şahin Həsənli məlumat verib. O bildirib ki, hazırda zəvarlarımız Məkkədə Həcc ziyarətinin başlamasını gözləyirlər: “Zəvvarlarımız ümrə ziyarətini başa vurublar. Hazırda Məkkə şəhərində 2 gün sonra başlayacaq olan Həcci gözləyirlər. Əhval-ruhiyyələr yüksək səviyyədədir”.

Havaların isti keçdiyini deyən Hacı Şahin, günorta saatlarında ziyarətlərin dayandırıldığını deyir: “Havalar çox isti keçir. Temperatur müsbət 40 dərəcədən çox olur. Buna görə də ziyarətlərimizi gecə saatlarında həyata keçiririk”.

Ebola virusu barədə də danışan Həsənli, bu məsələnin şişirildiyini bildirir: “Burada Ebola virusuna qarşı heç bir tədbir görülmür. Bununla bağlı bir problem də yoxdur. Məncə, bu məsələ çox şişirdilir”.

Hacı Şahin sonda, iqlim dəyişikliyi ilə bağlı zəvvarlarımızın səhhətlərində heç bir problemin çıxmadığını vurğuladı.

Vüsal Qarayev

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!