29 Sentyabr, 2014
“Google” Hollandiyada məlumat mərkəzi tikir

“Google” internet axtarış sistemi Hollandiya şirkətinin yeni məlumat mərkəzinin tikintisinə təxminən 600 milyon dollar sərmayə qoymağı planlaşdırır.  Simsar.az xəbər verir ki, investisiya layihəsi dörd il üçün hesablanıb, məlumat mərkəzi “Google”un Avropadakı əməliyyatlarını əlaqələndirməlidir.

“Google” yeni məlumat mərkəzinin fəaliyyətini dəstəkləmək üçün təxminən 150 daimi işçi qəbul edəcək.

Qeyd edək ki, məlumat mərkəzi İmşaven liman şəhərinin yaxınlığında yerləşəcək. Avropa və ABŞ-ı birləşdirən transatlantik rabitə kanalı məhz İmşaven şəhərindən başlayır.

Yeni məlumat mərkəzinin tikintisində təxminən min insan iştirak edəcək.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!