28 Sentyabr, 2014
Aygün Kazımovanın sevgilisi, məmur oğlu kimdir? - FOTO - ÖZƏL MƏLUMATLAR

Simsar.Az xəbər verir ki, həftələrdir pop-diva Aygün Kazımovanın sevgilisinin kimliyi barədə suallar coxlarını düşündürürdü.

Əldə etdiyimiz özəl məlumatları oxucularımızın diqqətinə çatdırırıq.

"F" hərfi ile başlanan o şəxsin adı Fikrət imiş və Fikrətin atası Almaniyada yayayan məmurdur. Özü biznesmendir, şou-bizneslə heç bir bağlılığı yoxdur.

Diva ilə İstanbulda tanış olublar, munasibətləri cox ciddidir.

Aygün xanımın sənətinin vurğunu olan Fikret xalq artistinə evlilik belə təklif edib.Onlar bir-biriləri ilə nəfəs alırlar desək, heç də yanılmarıq.

Aygün Kazımova repertuarına yeni daxil edəcəyi "Sənə xəstəyəm" mahnısını sevgilisinin şərəfinə oxuyacaq.

Gənc şair Fərdinin sözlərinə yazılmış bəstənin müəllifi Hakan Eroldur.

Fikrətin həyatından bəhs edəcək mahnı qardaş ölkədə aranjeman ediləcək.

Hazırda İstanbulda olan xalq artisti ilə telefon əlaqəsi yaratdıq. Aygun xanım isə "yaşananlarla  bağlı cavabım gec olmayacaq"  deməklə kifayətləndi.

Simsar.az sevgililərin isti munasibətlərini əks etdirən fotolarını oxucuları üçün yayımlayır.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!