28 Sentyabr, 2014
İranda zəlzələ oldu

İranda növbəti zəlzələ baş verib.

Simsar.az-ın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar İlam əyalətinin Mormuri şəhəri yaxınlığında qeydə alınıb.

Zəlzələ yerli vaxtla saat 03:30 radələrində, Rixter cədvəli üzrə 4,5 bal gücündə baş verib.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!