27 Sentyabr, 2014
Qəbirstanlıqda qadını diri-diri basdırdılar

Yunanıstanda Salonik yaxınlığında qəbirstanlıqda 45 yaşlı yerli sakini diri-diri dəfn ediblər.

Simsar.az-ın məlumatına görə, bu haqda “ВВС News” xəbər yayıb.

Xəbərə görə, dəfn mərasimi xərçəngdən ölmüş qadın üçün keçirilib. Onu müalicə edən həkim ölüm faktını rəsmən təsdiq edib. Qadını dəfn etdikdən sonra qohumlar qəbirstanlığı tərk edib. Qəbirstanlığda qalmış bəzi insanlar isə qəbirdən qadın qışqırığı eşidiblər.

Bu isə ordakı insanları təlaşa salıb. İnsanlar qəbiri qazmağa başlayıblar. Amma onlar tabutu açanda görüblər ki, qadın artıq keçinib.

Hadisə yerinə gələn həkim bildirib ki, dəfn edilərkən tabutda olan qadın sağ olub. Qadın hava çatışmazlığından keçinib. Qadının ailəsi onu müalicə edən həkimi məhkəməyə verməyə hazırlaşır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!