27 Sentyabr, 2014
Vulkan püskürdü: xəsarət alanlar var

Yaponiyanın mərkəzində yerləşən Ontake dağında vulkan püskürməsi baş verib.

Simsar.az-ın məlumatına görə, vulkan püskürməsi nəticəsində 8 nəfərin xəsarət aldığı bildirilir.

Yaponiyanın Meteorologiya Agentliyinin məlumatına görə, şənbə günü günorta püskürən vulkan səbəbi ilə ətrafı tüstü bürüyüb, küllər göyə yüksəlib. Lakin lava axını qeydı alınmayıb.

Agentlik əlavə püskürmələrin baş verəcəyini proqnozlaşdıraraq qaynar tullantıların dağın 4 kilometrliklik radisuna yayıla biləcəyi barədə xəbərdarlıq verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!