27 Sentyabr, 2014
ABŞ-dan Suriyaya mesaj

ABŞ hökuməti Suriyada İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatların hələ 3 il davam edəcəyini açıqlayıb.

Simsar.az-ın məlumatına görə, bu barədə Suriya xarici işlər naziri Valid Muallem rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib

Onun sözlərinə görə, rəsmi Vaşinqton İŞİD-ə qarşı havadan zərbələrin 3 davam edəcəyi barədə Suriya hökumətini də məlumatlandırıb.

"ABŞ və onun müttəfiqləri bizə dedilər ki, hərbi əməliyyatlar hələ uzun müddət davam edəcək. Lakin bu o demək deyil ki, Suriya buna icazə verir", deyə Suriya XİN rəhbəri bildirib.

Qeyd edək ki, ABŞ Suriya ərazisində İŞİD terror qruplaşmasının mövqelərini qırıcılarla bombardman edir. Pentaqon rəhbəri isə aaçıqlama vermişdi ki, ABŞ və müttəfiq ölkələr təcili İraq və Suriyada quru əməliyyatlarına başlamalıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!