27 Sentyabr, 2014
Qurban Qurbanov son oyundan danışdı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə keçirilən oyunla (3:1) bağlı fikirlərini bildirib.

Simsar.az-ın məlumatına görə, baş məşqçi yetirmələrindən razı qaldığını bildirib.

"Yaxşı oyun alındı. Azarkeşlər 4 qol izlədilər. Sona kimi oyun intizamını qoruyan futbolçularımdan razı qaldım. “Neftçi”nin yaxşı oyunçuları çoxdu. Onlar imkanlardan istifadə edə bilirlər. “Neftçi” bu gün məğlub olsa da, yaxşı oyun göstərdi. Almeydanın zədəsi ciddi deyil. Ağrıları çox olsaydı, davam edə bilməzdi. Bizi qarşıda “İnter”lə çətin oyun gözləyir. İtaliya klubuna qarşı oyunda ən azından layiqli mübarizə aparacağıq", deyə Qurban Qurbanov bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!