27 Sentyabr, 2014
"Liverpul"dan Benzemaya 40 milyon funt

"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema qışda komandasını dəyişə bilər.

Simsar.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, fransız futbolçu ilə "Liverpul" klubu yaxından maraqlanır.

"Liverpul"un baş məşqçisi Brendan Rocers 26 yaşlı futbolçunu komandasında görmək istəyir. "Real"da qeyri-sabit oyunu ilə diqqət çəkən Benzemanın da komandadan ayrılacağı istisna olunmur. İngiltərə nəhəngi Benzema üçün 40 milyon funt-sterlinqindən keçməyə hazırdır. "Real"ın bu təklifi necə qarşılayacağı maraq doğurur.

Qeyd edək ki, Benzema 2009-cu ildə "Lion"dan "Arsenal"a transfer olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!