27 Sentyabr, 2014
12 məhbus işlə təmin edildi - Foto

Məhkumların əməyə cəlb olunmaları üçün yeni iş yerləri açılıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Simsar.az verilən məlumata görə, Şəki Penitensiar müəssisəsində istehsalat sahələri təşkil olunub.

Məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir. Bu sahədə həyata keçirilən növbəti tədbirlərdən biri yeni istifadəyə verilmiş Şəki Penitensiar müəssisəsinin rejim korpuslarında müasir tipli avadanlıqlarla təchiz edilmiş istehsalat sahələrinin fəaliyyətə başlaması olub. Müxtəlif suvenirlərin istehsalını həyata keçirən sexlərdə ilkin olaraq 12 nəfər işlə təmin olunub.

Müəssisədə cəza çəkənlərin haqqı ödənilən ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində işlər davam etdirilir. Bu məqsədlə mövcud şəraitin daha da yaxşılaşdırılması üçün Penitensiar Xidmət tərəfindən yaxın gələcəkdə yeni tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!