27 Sentyabr, 2014
Milli Qəhrəman Mübariz İbrahimov türk serialında – VİDEO - ÖZƏL

“Mübarizdən danış ki, hər kəs saxta igidlə gerçək igid arasındakı fərqi bilsin, tanısın”

Simsar.az xəbər verir ki, Türkiyənin TRT 1 telekanalında yayımlanan “Kızıl Elma” serialında, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edilib.

Filimin 24-cü seriyasının 24:10 - 28:30 dəqiqələri arasında Milli Qəhrəmanımızdan bəhs edilib. Filimin qəhrəmanları Mübarizin qəbrini ziyarət edərək, onun qəhrəmanlığından böyük fəxrlə danışırlar. Obrazlardan biri, qəhrəmanın qəbrini ziyarət edən bir türk qızına, “bizə Mübarizdən danışın, danışın ki, zamanı gəldiyində hər türk övladı “hamımız Mübarizik” – deyə çıxsın meydana” – deyir.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!