27 Sentyabr, 2014
Zabitimiz şəhid oldu

Sentyabrın 27-də saat 10.25 radələrində Ermənistan silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Simsar.az-ın Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda şəhid olub.

A. Baxışlı 1991-ci ildə Hacıqabul rayonunda anadan olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara səbr diləyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!