27 Sentyabr, 2014
Polad Bülbüloğlu Bülbülün məzarını ziyarət etdi - FOTOLAR

Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu bu gün Fəxri Xiyabanda olub. Səfir unudulmaz sənətkar Bülbülün məzarını ziyarət edib. Simsar.az xəbər verir ki, ziyarətə bir çox tanınmış mədəniyyət adamları və ictimai-siyasi xadimlər də qatılıblar. Polad Bülbüloğlu atasına olan böyük hörmət və sevgini yüksək dəyərləndirdiyi üçün hər kəsə öz təşəkkürünü bildirib:

“Var olun ki, Bülbülün xatirəsini belə əziz tutur və onu daima diqqətdə saxlayırsınız”. Qonaqlar dahi Bülbülün ruhuna dualar oxuyub və məzarı üstünə güllər düzüblər.

 

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!