9 Aprel, 2011
Kamran Ağayev "Qarabağ"a qarşı oynayacaq

"Xəzər Lənkəran"da üç itki

"Xəzər Lənkəran" "Qarabağ"la oyuna ikinci qapıçı ilə çıxmayacaq. Fanat.az xəbər verir ki, bir neçə gün xəstəlik səbəbindən məşq etməyən Kamran Ağayev artıq sağalıb. Məşqlərdə iştirak edən kapitan "Qarabağ"la oyunda meydanda olacaq.
Buna baxmayaraq, "Xəzər Lənkəran" meydana itkilərlə çıxacaq. Belə ki, Elvin Beqiri qripə yoluxduğundan matçı buraxmalı olacaq. Stelian Stanku və Ruslan Poladov isə zədə səbəbindən kənarda qalacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!