27 Sentyabr, 2014
Türkiyə sərhədini sökdülər – FOTOLAR

Suriyada İŞİD-in ələ keçirməyə çalışdığı kürdlərin yaşadığı Kobaniyə dəstək vermək üçün, Türkiyə tərəfdən Suriyaya keçmək istəyən 6 min nəfərlik bir dəstə, 35 avtobusla gələrək sərhəd kəndlərinə yığılıblar. Səhərə yaxın sərhəddin tikanlı məftillərini kəsərək, dirəklərini aşıraraq Suriyaya keçən dəstəkçilərə əsgər mane olmağa çalışıb. Lakin qrupun bir hissəsi Suriya tərəfə keçə bilib, orada isə onları YPG-li bir qrup qaşılayıb. Digərləri isə əsgərlərin nəzarətində sərhəd keçid məntəqəsinə toplaşıblar.

Gedib geri döndülər

Sərhədi keçənləri kobanililər alqışlarla qarşılayıblar. Vəziyyət gərginləşdikdən sonra yüzlərlə əsgər və polis zirehli maşınlarla sərhəd xəttinə gəlib. Aksiyaçı qrupa gözyaşardıcı qazla müdaxilə edilib. Kobaniyə keçənlər bir saat sonra yenidən Türkiyəyə keçmək üçün sərhədə gəliblər, lakin əsgərlər onların sərhəddi keçməsinə icazə verməyib. Təxminən min nəfərlik bir qrup Suriya tərəfdə qalıb. Qarşıdurma zamanı həbs edilənlər olub.

Güllələr Türkiyəyə keçir

Qeyd edək ki, Kobanini mühasirəyə alan İŞİD, şəhərin 1-2 kilometirliyinə qədər yaxınlaşıb. Döyüşlər zamanı bəzən güllələr Türkiyə tərəfə də keçir.

Türkiyənin Şanlıurfa şəhərində, Kobanili qaçqınlar üçün 20 min nəfərlik çadır şəhərciyi qurulur. Qeyd edək ki Kobanidən qaçanların sayı artıq 200 minə çatıb.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!