26 Sentyabr, 2014
Ronaldoya rekord təklif – 140 MİLYON AVRO

Ronalda “Mançester Yunayted"ə qayıda bilər. Amma bunun üçün “Qırmızı Şeytanlar” “Kral klubu”na ən azı 140 milyon avro ödəməli olacaq. Simsar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Qəzet xəbər verir ki, Ronaldoya "Çelsi", "Mançester Siti" və PSJ də "elçi düşüb". Futbolçu bu klubların istənilənində oynaya bilər, lakin bunun üçün həmin klublar 140 milyon avro tərləməli olacaqlar.

“Mançester Yunayted”in təklifi qəbul edəcəyi halda əməkhaqqı isə həftədə 400 min avro alacaq və beləliklə də, komandanın ən çox maaş alan oyunçusu olacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!