9 Aprel, 2011
Polad Bülbüloğlu jurnalistlərə deyib ki...

Üç ölkənin Xarici İşlər Naziri görüşəcək

Yaxın vaxtlarda Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında bildirib.

Səfir qeyd edib ki, belə bir görüşün tezliklə keçiriləcəyi gözlənilir: «Nazirlərin görüşündən sonra isə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər».

P.Bülbüloğlu həmçinin Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin Dağlıq Qarabağa növbəti səfəri ilə bağlı sualı da cavablandırıb: «Belə bir fikir var, lakin hələ bu səfəri gerçəkləşdirə bilməmişik».

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!