26 Sentyabr, 2014
3 azərbaycanlı tələbə qəzada həlak oldu - TÜRKİYƏDƏ (FOTOLAR)

Türkiyədə 3 azərbaycanlı tələbə avtomobil qəzasında dünyasını dəyişib.

Simsar.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Uşak əyalətində ağır yol qəzası baş verib. Qəzada 3 nəfər həyatını itirib. Həmyerlilərimizdən Əli Kərimli və Ülvi Sərdarov hadisə yerində, Anar Musayev isə xəstəxanada dünyasını dəyişib.

Hadisə Azərbaycanlı tələbə Əli Kərimlinin idarə etdiyi 64 LV 863 dövlət nişanlı avtomobilin, Hacıadem qovşağında dirəyə çırpılıb, qarşı yola keçərək Adnan Kan adlı Türkiyə vətəndaşının idarə etdiyi 43 LN 600 dövlət nişanlı avtomobilə toxunması nəticəsində baş verib. Hadisədə 3 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Xatırladaq ki, hər üç şəxs Uşak Universitetində təhsil alırdılar. Qəzada xəsarət alanlar da olub, onlardan biri də azərbaycanlı tələbə Mayis Həsənovdur.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!