25 Sentyabr, 2014
İŞİD hüqüq müdafiəçisini edam etdi

İŞİD terrorçuları hüquq müdafiəçisi Samira Salih Nuaymi kafirlikdə ittiham edərək Iraqın Mosul şəhərində edam ediblər.

Simsar.az-ın məlumatına görə, Samira Salih sosial şəbəkələrdə İŞİD terrorçu qruplaşmasını tənqid etdiyinə görə günahkar bilinib.

Belə ki, hüquq müdafiəçisi İŞİD-i dini ziyarətgahları dağıtmaqda ittiham edib.

İŞİD yaraqlıları onu evində tutub, 5 gün işgəncə altında saxladıqdan sonra "şəriət məhkəməsi"nin qərarına əsasında öldürülüb.

BMT-ın İraqda səfiri Nikolay Mladenov insan hüquqları vəkilinin qətlini pisləyib. O beynəlxalq cəmiyyəti günahkarları tapmağa və onları məsuliyyətə cəlb etməyə çağırıb.

Qeyd edək ki, İraqın Mosul şəhəri iyun ayından İŞİD terrorçuları tərəfindən tutulub. Terrorçular dini azlıqların nümayəndələrini güclə öz əqidələrini qəbul etməyə və xüsusi vergilər ödəməyə məcbur edir. Radikallar şəhərdə öz qaydalarını tətbiq edib. Mosulun tarixi abidələrini dağıdıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!