25 Sentyabr, 2014
Poroşenko Putinlə görüşür

Ukrayna prezidenti Pyotr Poroşenko yaxın üç həftə ərzində rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilər.

Simsar.az-ın məlumatına görə, bu barədə Poroşenko bu gün mətbuat konfransı zamanı bildirib.

"Mən düşünürəm ki, yaxın üç həftə ərzində Vladimir Vladimiroviçlə görüşümüz olacaq", - deyə Poroşenko qeyd edib.

Onun sözlərinə görə, görüş geniş formatda olacaq, amma tədbirdə ikitərəfli danışıqların keçirilməsi istisna edilmir.

"Görüş Avropada olacaq. Bu barədə artıq ilkin razılıqlar əldə olunub. Görüşdə sülh planının reallaşdırılması məsələləri müzakirə ediləcək", - deyə Ukrayna prezidenti bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!