25 Sentyabr, 2014
Jirinovski Oqtay Əsədovla görüşəcək

Hazırda Bakıda olan Rusiya Liberal-Demokrat Partiyasinin sədri Vladimir Jirinovskinin Azərbaycana səfəri zamanı keçirəcəyi görüşlər, baş çəkəcəyi məkanlar, bir sözlə, onun səfər proqramı ilə bağlı bəzi detallar bəlli olub.

V.Jirinovski Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək. Faktı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu da təsdiqləyib.

Bundan başqa, Jirinovski Dövlət Bayraq Meydanına gedəcək, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanına, habelə rusdilli məktəblərə baş çəkəcək. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, LDPR lideri Bakıda mətbuat konfransı da keçirəcək.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!