25 Sentyabr, 2014
Ərdoğan ABŞ-a havadan dəstək verəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin ABŞ-ın İŞİD-ə qarşı qurduğu koalisiyaya hava hücumlarında dəstək verə biləcəyini bildirib. Bundan sonra bu dəstəyin nədən ibarət olacağı müzakirə mövzusuna çevrilib.

Ekspertlər, koalisiyaya dəstək verəcəyi təqdirdə Türkiyənin qurudan deyil, yalnız havadan yardım edəcəyini ehtimal edirlər.

Hava əməliyyatlarında mütəxəssis olan keçmiş general Ərdoğan Qaraquş isə, hava hücumlarıyla İŞİD-i bölgədən uzaqlaşdırmağın çox çətin olacağını deyib.

İŞİD-in bu qədər güclənməsinə, ABŞ-ın yalnış İraq siyasətinin səbəb olduğunu iddia edən Qaraquş, “İraqda Səddam Hüseyin Sünnidir deyə, əksəriyyəti sünni 1 milyon 200 min insan öldürüldü. 2 milyon insan Suriyaya qaçmağa məcbur oldu. İŞİD-in arxasında milyonlar durur. İŞİD-in xalqdan dəstək aldığını görmək istəməsəniz uğur qazana bilməzsiniz. ABŞ-a bunu anlatmaq lazımdı. Bəlkə problemi hərblə qısa müddətdə həll etdiyinizi hesab edərsiniz, amma baxarsınız ki, qarşınızda daha güclü bir problem durur. Türkiyədən başqa bu problemə humanitar dəstək verən yoxdur. 2 milyon insana qapılarımızı açdıq, daha nə edək?” – deyib.

Vüsal Qarayev

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!